Diş həkimi çənə sındırdı
3 Mart 2016 19:42 DünyaRusiyanın Krasnoyarsk diyarındakı Norilsk şəhərində diş həkimi pasiyentin ağıl dişini çıxarmaq istəyəndə qadının çənəsini sındırıb. Milli.Az Flashsiberia-ya istinadən bildirir ki, olay Norilsk Şəhər Stomatoloji Klinikasında yaşanıb. Diş həkiminin ağıl dişini çəkərkən elevatorla kobud davrandığı, qadın pasiyentə fiziki güc tətbiq etdiyi deyilir. Həkim öz ərizəsi ilə işdən çıxıb. Çənəsi sınmış qadın isə məhkəməyə şikayətlənərək 150 min rubl məbləğində mənəvi təzminat istəyib. Məhkəmənin qərarı ilə həkim pasiyentə 75 min rubl ödəməlidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00