Uşağın başını kəsən dayə VIDEO

"Gedin, oğullarımı da öldürün!"

Fevralın 29-da Moskvada dayəsi olduğu 4 yaşlı əlil qızın başını kəsən Özbəkistan vətəndaşı Gülçöhrə Bobokulovanın həbs olunandan sonra dindirildiyi anların videosu yayılıb. Milli.Az bildirir ki, G.Bobokulova uşağı qətlə yetirməsinin səbəblərindən danışıb.

"Qisas aldım. Suriyada uşaqları bombalayırsınız. Axı siz, Rusiya o uşaqları niyə bombalayır?! Hamı susur. O uşaqlar da yaşamaq istəyirlər. Suriyaya getmək, orada yaşamaq istəyirdim. Amma pulum yoxdu. İŞİD-ə qoşulmaq istəmirəm. Sadəcə, çarşablı, hicablı qadınların olduğu müsəlman şəhərində yaşamaq istəyirəm. Üç oğlum var. Gedin, onları da öldürün. Oğullarım mənə gərək deyil. Namaz qılmırlar, Quran oxumurlar. Məni də öldürün. Amma bilin ki, məni öldürəni Allah dərhal öldürəcək".

Uşağın başını kəsən dayə:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00