Əhməd Davutoğlu İrana gedir
3 Mart 2016 14:14 DünyaTürkiyənin baş naziri Əhməd Davutoğlunun martın 4-5 İrana səfəri nəzərdə tutulub. "OLAYLAR"-ın Türkiyə bürosunun xəbərinə görə, səfər zamanı iki ölkə arasındaki iqtisadi əməkdaşlığın genişlənməsi məsələləri və Suriya münaqişəsinin müzakirə ediləcəyi planlaşdırılır. Səfərin maraqlı tərəflərindən biri də Əhməd Davutoğlunun İran ziyarətindən sonra martın 9-da Suriya münaqişəsi müzakirələrində iştirak etmək üçün İsveçrəyə səfərinin planlaşdırılmasıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00