Suriyada terrorçular artıq bir-birini öldürürlər
3 Mart 2016 11:52 DünyaSuriyada "İslam dövləti" (İŞİD) terror təşkilatı ilə "Ən-Nusra Cəbhəsi" arasında şiddətli döyüşlər gedir. Modern.az Rusiya KİV-nə istinadla xəbər verir ki, iki ekstremist təşkilat bu dəfə Dəməşqin cənub-şərqində Yarmak düşərgəsinə yaxın ərazidə üz-üzə gəlib. "Ən-Nusra" İŞİD-i onun tərkibində olan xırda qruplaşmaları öz tərəfinə çəkmək cəhdlərində təqsirləndirir. Məlumata görə, döyüşlər indiyə qədər davam etməkdədir. "Ən-Nusra" onlara məxsus ərazilərdən İŞİD-in çıxmasını tələb edir. Toqquşmaların gedişatında "Ən-Nusra"nın liderlərindən biri Yarmuk Əbu Hider əl-Urduninin öldürüldüyü bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00