ABŞ İŞİD liderini tutdu
3 Mart 2016 11:48 DünyaABŞ-ın İraqdakı xüsusi təyinatlıları İŞİD liderlərindən birini yaxalayıb. Axar.az bildirir ki, ABŞ mətbuatında yayılan məlumatlara görə, əməliyyat bir neçə həftə qabaq keçirilib. Terrorçunun adı açıqlanmayıb. Müdafiə Nazirliyi və Ağ Ev hadisə ilə bağlı məlumat verməyiblər.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ xüsusi təyinatlılarının Suriyada keçirdiyi əməliyyat nəticəsində İŞİD liderlərindən sayılan Əbu Səyyaf öldürülmüş, həyat yoldaşı isə nəzarətə götürülmüşdü.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00