Dünyada ən çox hansı əməliyyat sistemləri yüklənib?

"Net Applications" şirkəti bu ilin mart ayının əvvəlinə masaüstü kompüterlər üçün müxtəlif əməliyyat sistemlərinin yayılması ilə bağlı məlumatları dərc edib. İKT.lent.az "Net Applications" şirkətinin statistik məlumatlarına əsasən bildirir ki, ənənəvi olaraq masaüstü kompüter sahibləri arasında populyar platforma "Windows" əməliyyat sistemləri olaraq qalır. Onların payına bazarın 90,5 faizi düşür. "Apple" korporasiyasının tərtib etdiyi OS X əməliyyat sistemləri 7,8 faiz paya malikdir. "Linux" bazasında əsasında olan əməliyyat sistemlərinə isə bazarın 1,8 faizi düşür. Əməliyyat sistemlərinin payına ayrı-ayrılıqda baxsaq, hazırda daha çox yayılan və bazarın 52,7 faizinə sahib olan "Windows 7" əməliyyat sistemidir. Son bir ərzində bu platformanın mövqeləri cüzi olaraq zəifləyib. 2015-ci ilin mart ayının əvvəlində onun bazardakı payı 56 faizə bərabər olub. Son zamanlar yeni "Windows 10" bazardakı payını inamla artır. Bu yenilik 2015-ci ilin iyulun 29-dan fəaliyyətə başlayıb. Yeniliyin çıxdığı ilk sutkalarda 14 milyon dəfə yüklənib. İki həftə keçdikdən sonra isə bu əməliyyat sisteminin istifadəçilərinin sayı 50 milyon nəfərə çatıb. Əməliyyat sisteminin 100 milyon nüsxəsinin yüklənməsi üçün isə cəmi iki ay vaxt lazım olub. Hazırda "Windows 10" bazarın 12,8 payına malikdir. Təkcə bu ilin əvvəlindən əməliyyat sistemi payını 3 faiz artırıb. Ən populyar masaüstü kompüterlərin proqram platformalarının üçlüyünü "Windows XP" qapayır. "Net Applications" şirkətinin məlumatına görə, hazırda bu əməliyyat sistemi 11,2 faiz kompüterdə yüklənib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00