Pentaqon: İŞİD 2016-cı ildə Avropa və ABŞ-da terror aktları törətməyə çalışacaq

İŞİD terror qruplaşması 2016-cı ildə Avropa və ABŞ-da terror aktları törətməyə çalışacaq. APA-nın "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin direktoru general-leytenant Vinsent Stüart bildirib.    "Parisdəki hücumlardan sonra,  İŞİD ABŞ və onun müttəfiqləri üçün əsas təhdid oldu", - deyə Stüart Konqresdə dinləmələr zamanı çıxışında bildirib. "Ehtimal var ki, İŞİD  2016-cı ildə Avropa və ABŞ-da terror aktları törətməyə çalışacaq", - deyə o əlavə edib.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00