Moskvada uşağın başını kəsən dayə psixiatrik xəstəxanada müalicə alıb
3 Mart 2016 09:31 DünyaMoskvada uşağın başını kəsərək qətlə yetirməkdə şübhəli bilinən dayə Gülçöhrə Bobokulova 2002-ci ildə psixiatrik xəstəxanada müalicə alıb. APA-nın məlumatına görə, bu barədə bu barədə Bahrəddin Turayev "Gazeta.ru"ya müsahibəsində bildirib.
Onun sözlərinə görə, Bobokulova o zaman səslər eşitməyə, qəribə sözlər tələffüz etməyə başlayıb və xeyli aqressiv olmuşdur. Bundan sonra qadın xəstəxanada bir neçə gün müalicə alıb, lakin sonradan simptomlar təkrarlandıqda, yenidən xəstəxanaya yerləşdirilib.
Bahrəddin Turayev həmçinin qeyd edib ki, qızı heç vaxt məscidlərə getməyib, hicab geyinməyib və Quran oxumayıb.
Atasının sözlərinə görə, Bobokulova əvvəllər heç vaxt dayə işləməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00