Nuhun gəmisinin SİRRİ

Belə qəbul olunub ki, Bibliyada Böyük tufan haqqında yazılmış rəvayət Mesopotamiya ərazisində baş vermiş təbii fəlakəti əks etdirir.  Publika.az bildirir ki, bu tufanın planetar səviyyədə baş verməsi isə sadəcə şişirtmə ola bilər. Əlbəttə, orası da aydındır ki, o regionun sakinləri üçün Mesopotamiya elə bütün dünya demək idi. Bu kataklizm haqqında məlumatlar "Qilqameş haqqında dastan"da yer alıb ki, bu da öz növbəsində Bibliya mətninin prototipi hesab oluna bilər.

Universal mif

Müxtəlif xalqların mif və rəvayətlərinə diqqət etsək, görərik ki, əslində, belə deyil. Hələ C.Frezer özünün "Əhdi-ətiqdə folklor" (1918-ci il) adlı əsərində göstərir ki, tufan haqqında miflər təkcə Yaxın Şərq xalqlarında deyil, Avropa, Mərkəzi və Cənub-Şərqi Asiya, Polineziya xalqlarında, o cümlədən, Amerika hindularında da mövcud olub.

Bu miflər hamısı vahid süjet əsasında qurulub: Allah (və ya Allahlar) günahlarına görə bəşəriyyəti məhv etmək istəyir, amma bədbəxtlik barədə bir ailəni xəbərdar edir, o ailə də ilahi tapşırıqlı gəmi hazırlayaraq xilas olur.

Frezerin vaxtında 100-ə yaxın belə rəvayət vardı, indi isə onların sayı 150-ni keçib. Bu rəvayətlərin yayılma arealı isə bütün dünyanı əhatə edir.

Bir-birindən on minlərlə kilometr məsafədə yaşayan müxtəlif xalqlarda rast gəlinən mifin ən universal xarakteri ondan ibarətdir ki, burada insanlığın tarixi yaddaşında ilişib qalmış hansısa planetar səviyyəli fəlakətdən söhbət gedir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00