"Miqrant böhranını Rusiya yaradır"

Rusiya məqsədli şəkildə Suriya hakimiyyətinə miqrant böhranının yaradılmasında köməklik edir. Axar.az bildirir ki, bunu ABŞ Senatının Silahlı Qüvvələrlə İş üzrə Komissiyası qarşısında çıxışı zamanı NATO-nun Avropadakı qoşunlarının komandanı Filip Bridlav söyləyib.

Onun sözlərinə görə, Moskva bu böhrandan Avropaya qarşı silah kimi istifadə edir:

"Rusiya İŞİD-lə mübarizə üçün az iş görüb. O, yalnız Suriyada Bəşər Əsədin mövqelərini möhkəmləndirib. Suriya hökuməti yerli əhaliyə  qarşı varil bombalarından istifadə edir. Bu cür silahların istifadəsinə heç cürə haqq qazandırmaq olmaz. Onların məqsədi Suriya əhalisini qorxudub, qaçmağa məcbur etmək idi. Avropaya axın edən qaçqınlar arasında terrorçular, cinayətkarlar da var. Onlar Avropada terror təhlükəsini ciddi şəkildə artırırlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00