Rusiyada saxlanılan ukraynalı hərbi pilot Nadejda Savçenkoya 23 il həbs cəzası istənilib
2 Mart 2016 17:42 DünyaRusiyalı jurnalistlərin ölümündə təqsirləndirilən ukraynalı hərbi pilot Nadejda Savçenkoya 23 il həbs cəzası istənilib. APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bununla belə dövlət ittihamçısı Savçenkonun işindən 6 Ukrayna vətəndaşının həyatına sui-qəsdlə bağlı ittihamın çıxarılmasını xahiş edib. "Təəssüf ki, Rusiya qanunvericiliyi cinayətə təşəbbüsə görə təqsirləndirilən şəxsin istintaqa cəlb edilməsinə icazə vermir", - deyə o vurğulayıb. Dövlət ittihamçısı həmçinin qeyd edib ki, N. Savçenko immunitetə malik deyil. Çünki o, sözügedən "cinayətləri" AŞPA deputatı olmazdan öncə törədib.
Qeyd edək ki, N. Savçenkonun məhkəməsi Rusiyada keçirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00