6 milyon adam işsiz qalacaq
2 Mart 2016 20:03 DünyaÇin Xalq Respublikası dövlət mülkiyyətindəki sənaye idarələrində 6 milyon nəfəri işdən çıxaracaq. Publika.az xəbər verir ki, Çin hökuməti işdən çıxarmaları iki və ya üç il ərzində mərhələli olaraq tətbiq edəcək. Təkcə kömür və polad sektorunda iki milyon nəfərin işinə son veriləcək. Bunun da xərci 23 milyard dollar olacaq. Çində 37 milyon adamın işlədiyi dövlət sektoru sənaye istehsalının 40 faizini təmin edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00