Rusiyada məmurların maaşı 10 faiz azalıb
2 Mart 2016 15:12 DünyaRusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Nazirlər Kabineti və Prezident Administrasiyasında çalışanların əməkhaqları bu il 10 faiz azaldılıb. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir. Lakin mətbuat katibinin yüksək vəzifəli məmurların maaşlarının azalması barədə məlumatı yoxdur. D.Peskov bildirib ki, 2016-cı ildə Rusiyada məmurların əməkhaqları "kifayət qədər" azalıb: "Əməkhaqları de-fakto 10 faiz azalıb". O, etiraf edib ki, ümumi 10 faiz azalma onun da maaşına təsir edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00