Putin neft hasilatının dondurulması ilə bağlı işləri davam etdirməyi tapşırıb

Rusiya prezidenti Vladimir Putin neft hasilatı ilə məşğul olan iri ölkələrlə danışıqları davam etdirməyi tapşırıb. "APA-Economics" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib. "Təbii ki, neft hasilatı ilə məşğul olan digər iri ölkələrlə bu istiqamətdə danışıqları davam etdirmək lazımdır. Çünki onların bununla bağlı sərgilədiyi konkret mövqeləri bizə aydın deyil", - deyə D. Peskov bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00