"Vor zakon"lar Ermənistana yığışırlar

Ermənistanda "Vzqo" kimi tanınan məşhur avtoritet Vazgen Nersesyan 79 yaşında ölüb. Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, "Vzqo"nun dəfn mərasimində iştirak etmək üçün dünyanın bir çox ölkələrindən tanınmış "vor zakon"lar Ermənistana gələcəklər. "Prime crime" saytı yazır ki,"vor zakon"lar Ermənistandan təqib olunmurlar. Belə ki, yerli "qanuni oğru"larla yanaşı, Merab Kalaşov və Vitali Avdiyan da Ermənistanda yaşayırlar. Məşhur avtoritet `Şakro` da Yeni il tətilini İrəvanda keçirir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00