Türkiyə kəşfiyyatı yeni terror təhlükəsi barədə xəbərdarlıq etdi
2 Mart 2016 11:59 DünyaTürkiyə kəşfiyyatı yeni terror təhlükəsi barədə xəbərdarlıq edib. Bu barədə Trend Türkiyənin "Haber7" qəzetinə istinadən məlumat verir. Kəşfiyyatın əldə etdiyi məlumata görə, "İslam dövləti" terror təşkilatının iki üzvü Suriya qaçqını kimi Türkiyə sərhədlərini keçib. Qəzetin verdiyi məlumata görə, terror hadisələri Türkiyənin cənub-şərqi əyalətlərində nəzərdə tutulub. Xatırladaq ki, fevralın 17-də Ankarada parlament binası yaxınlığında baş vermiş partlayış nəticəsində 28 nəfər ölüb, 61 nəfər yaralanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00