İtaliyada azərbaycanlı diplomatlarla bağlı QALMAQAL

İtaliyanın paytaxtı Roma şəhərində insan hüquqları ilə bağlı tədbirdə azərbaycanlı diplomatların iştirakı ilə qalmaqal yaşanıb. Modern.az İtaliya KİV-nə istinadən xəbər verir ki, Amnesity İnternational təşkilatının İtaliya bölməsinin və İtaliya Milli Mətbuat Federasiyasının (FNSİ) insan hüquqları ilə bağlı birgə təşkil etdiyi tədbirdə azərbaycanlı diplomatlar başda Azərbaycanın İtaliya səfirliyindəki 1-ci katib Erkin Heydərli olmaqla, tədbirə etirazlarını bildiriblər. Hadisənin şahidi olan jurnalist Simone Dzopellaro italiyalı polislərin tədbirə müdaxilə etdiyini deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00