Ukrayna prokurorluğundan Yanukoviçə “seksual hədiyyə"

"Ukrayna Baş Prokurorluğunda Viktor Yanukoviçə geri qayıdışı üçün "seksual hədiyyə" var".

"Qafqazinfo"-nun məlumatına görə, bu barədə prokuror Vladislav Kuçenko "112 Ukraina" telekanalında çıxışı zamanı bildirib.

"Biz onun üçün hətta, "seksual hədiyyə" hazırlamışıq ki, gəlsin. Təəssüf ki, gəlmir", - deyə Kuçenko söyləyib.

Xatırladaq ki, dünən Yanukoviçin vəkili Viktor Şokin bəyan edib ki, onun müştərisi səlahiyyətlərindən imtina etmədiyi üçün əvvəlki kimi Ukrayna prezidenti hesab olunur: "Yanukoviç buna görə də ölkəyə qayıtmaq istəyir" .

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00