Rusiyanın S-400-ləri Sibirin Qərbinə göndərildi

Rusiya S-400 hava hücumundan müdafiə sistemlərini Qərbi Sibirdə yerləşdirib. Axar.az bildirir ki, bu barədə Rusiyanın Mərkəzi Hərbi Dairəsi məlumat yayıb. Məlumatda sistemlərin artıq fəaliyyətə başladığı bildirilib. S-400 sistemləri 600 km-dən çox məsafədə hədəfi müəyyən edir, 400 km məsafədə isə onu məhv etmə qabiliyyətinə malikdir. Sistem 4,8 km saniyə sürətlə uçan ballistik və qanadlı raketləri, taktiki və strateji aviasiyanı vura bilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00