İŞİD üzvü özünü partlatdı, 6 hərbiçi öldü
1 Mart 2016 16:49 Dünyaİraqın Ənbar əyalətində terrorçu İŞİD qruplaşmasının basqını nəticəsində Əl-Cəzirə Əməliyyatları Birliyinin briqada generalı Əli Abbud həyatını itirib. Report bildirir ki, bunu İraq Əl-Cəzirə Əməliyyatları Birliyinin komandanı, ordu generalı Əli İbrahim Debun "Anadolu" agentliyinə bildirib.
Onun sözlərinə görə, İŞİD-in 4 kamikadzesi Hadisə yaxınlığıdakı hərbi düşərgəyə basqın edib: "Terrorçu-kamikadzelərdən biri düşərgəyə girərək, özünü partladıb. Partlayış nəticəsində briqada generalı Əli Abbudla yanaşı, Əl-Cəzirə Əməliyyatları Birliyinin komandiri Farhan İbrahim və 4 əsgər həyatını itirib, 7 nəfər isə yaralanıb".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00