“Twitter”də Di Kaprionun “Oskar”ı haqda rekord sayda mesaj yazılıb
1 Mart 2016 18:32 Dünya"Oskar" mükafatlarının növbəti təqdimat mərasimi "Twitter" mikrobloq xidməti üçün yeni rekordla əlamətdar olub. İKT.lent.az-ın xəbərinə görə, Leonardo Di Kaprionun nəhayət, çoxdan gözlənilən "Oskar"a qovuşması bəlli olduqdan dərhal sonra "Twitter"də 1 dəqiqə ərzində rekord miqdarda mesaj yazılıb. Dəqiqə ərzində istifadəçilər bu mövzuda 440 min "tvit" yazıblar. "Oskar"la əlaqəli bundan öncəki rekord 2014-cü ildə keçirilmiş mərasimdə baş verib. Həmin vaxt tədbirin aparıcısı Ellen DeGeneresin selfisi ilə bağlı 1 dəqiqədə 225 min mesaj yazılıb. Bu, həmin vaxt "Twitter"in işində fasiləyə səbəb olub. Foto indiyə qədər 3 milyon dəfədən çox "retvit" edilib.
Xatırladaq ki, Leonardo Di Kaprio altıncı cəhddə "Oskar" alıb. O, "The Revenant" ("Sağ qalmış") flmindəki roluna görə "Oskar"a layiq görülüb.