Nazirin xanımının brilliantları oğurlandı VIDEO
1 Mart 2016 16:12 DünyaMoskvada Səhiyyə Nazirinin evindən 1 milyon rubl (20 600 manat) dəyərində brilliant oğurlanıb. Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, Serqey Kozlovun evi mühafizəçilər tərəfindən qorunur. Ancaq onların görmədiyi soyğunçular evə daxil olaraq nazirin xanımının brilliantlarını oğurlaya biliblər. Kozlov oğurluq hadisəsi ilə bağlı polisə müraciət edib. İlkin məlumata görə, evdən ancaq qiymətli daşlar oğurlanıb. Soyğunçular birinci mərtəbədəki pəncərdən içəri daxil olublar. Təxmini hesalamalara görə, oğrular nazirə 1 milyon rubl (20600 manat) dəyərində ziyan vurublar. Ancaq bununla belə məbləğin artacağı güman edilir. Çünki nazir və xanımı evdəki qızıl-ziynət əşyalarının, qiymətli malların siyahısını xatırlaya bilməyiblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00

