200 min vəzifəli şəxs cəzalandırıldı

Rusiyada 200 min vəzifəli şəxs inzibati məsuliyyətə cəlb olunub. 2015-ci ildə Rusiyada vətəndaşların hüquqlarını pozduğuna görə 200 minə yaxın vəzifəli şəxs inzibati məsuliyyətə cəlb olunub. Novator.az bildirir ki, Rusiya baş prokurorunun birinci müavini Aleksandr Buksman martın 1-də belə açıqlama verib. Buksman ötən il vətəndaşlar və sosial hüquqlarla bağlı 3 milyon qanun pozuntusunun aşkarlanaraq aradan qaldırıldığını deyib. Onun sözlərinə görə, ötən il prokurorlar qanunsuz bələdiyyə aktları və digər aktlara dair 217 min iddia irəli sürüb, 418 min sərəncam veriblər. Baş prokurorun birinci müavini vətəndaşların müdafiəsi üçün məhkəmələrə 640 min iddia və ərizənin təqdim edildiyini, bunlardan 90%-nin təmin olunduğunu söyləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00