“Diriliş Ərtuğrul” bitir, yerine “Malazgirt” gəlir
1 Mart 2016 19:55 DünyaƏn reytinqli teleseriallardan birinin final anonsu elan edilib. Gün.Az "Vatan" qəzetinə istinadən xəbər verir ki, TRT-1 kanalında ikinci mövsümdür nümayiş etdirilən və ən reytinqli seriallar siyahısında öndə gələn "Diriliş Ərtuğrul" serialının 2017-ci ildə yekunlaşacağı açıqlanıb. Bu barədə serialın ssenaristi və rejissoru Mehmet Bozdağ məlumat verib. Onun sözlərinə görə, "Diriliş Ərtuğrul"dan sonra yeni tarixi serialın - "Malazgirt"-in çəkilişlərinə başlanacaq. Artıq 2017-ci ilin yanvarından istehsalına başlanacaq iribüdcəli "Malazgirt" serialının bir hissəsi Orta Asiyada çəkiləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00