Terroristlərə silah satan şəbəkə çökdürüldü
1 Mart 2016 15:04 Dünyaİstanbul Baş Polis İdarəsi Terrorla Mübarizə Şöbəsinin əməkdaşları terror təşkilatlarını silahla təmin edən şəbəkəni çökdürməyə nail olublar. "OLAYLAR"-ın Türkiyə bürosunun xəbərinə görə, polis şəhərin Ümraniye rayonunda İT adlı şəxsin terror təşkilatı PKK ilə işbirliyi etdiyini müəyyən edərək hərkətə keçib. Şübhəlinin PKK -dan aldığı silahları DHKP-C və MLKP terror təşkilatlarına ötürdüyü sübuta yetirlib. Aparılan əməliyyat nəticəsində gizli silah ambarında 36 ədəd avtomat və 5 tapança, çoxlu sayda sursat aşkarlanaraq götürülüb. Terroroçuların İstanbulun bir çox nöqtəsində terror aksiyası hazırlığı apardıqları məlum olub. Çoxlu sayda həbs edilən var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00