Meriyaya etiraz: "Rüşvət alıb ağaclara divan tutmayın" VIDEO
1 Mart 2016 14:37 DünyaErmənistanın paytaxtı Yerevanda meriya binasının qarşısında etiraz aksiyası keçirilib. Milli.Az hrapark.am-a istinadən bildirir ki, "Vətəndaş səsi" qeyri-hökumət təşkilatının keçirdyi aksiya şəhərdə ağacların kütləvi şəkildə kəsilməsinin dayandırılması tələbi ilə gerçəkləşdirilib. QHT-nin rəhbəri Arman Samvelyanın dediyinə görə, Yerevanda ağaclara divan tutulur.
"Ötən il biz 10 minə yaxın ağac əkdik, onlara qulluq etdik. Lakin həmin ağacların əksəriyyətini kəsiblər. İş adamları və onların arxasında duran məmurlar Yerevanın yaşıl örtüyünü məhv edirlər. Meriya sanki bunları görmür. Daha doğrusu, görür, amma susur. Çünki məmurlardan çəkinir və iş adamlarından da rüşvət alır", - A.Samvelyan deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00