Almanlar SPİD-in müalicəsini tapıb?
1 Mart 2016 14:23 DünyaAlman alimləri HİV (SPİD) virusundan müalicə yolunu tapdıqlarını bəyan ediblər. "Olaylar"ın Türkiyə bürosu xəbər verir ki, Hamburqdaki tədqiqat mərkəzinin mütəxəssisləri HİV viruslarını mahv edən preparata BREC 1 adı veriblər. Tədqiqatçılar uzun müddət siçanlar üzərində apardıqları təcrübələrə əsaslanarq müvəffəqiyyətli nəticələr əldə etdiklərini bəyan ediblər. Təcrübələr nəticəsində bütün xəstə siçanların xəstəliyə qalib gəldiyi bildilir. Yeni preparatların insanlar üzərində necə nəticə göstərəcəyi məlum deyil, ancaq alimlər olay ilə əlaqədar nikbin olduqlarını açıqlayıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00