Ermənilər pulu puldan ayırırlar

Ermənistan prezidenti Serj Sarkisyan "struktur islahat"larını davam etdirir. Yaxın günlərdə Dövlət Gəlirləri Komitəsinin Maliyyə Nazirliyinin tərkibindən çıxarılması gözlənilir. Milli.Az Yerevanda çıxan "Joxovurd" qəzetinə istinadən bildirir ki, komitə yenidən hökumətin nəzdində müstəqil struktura çevriləcək. Yeni maliyyə naziri isə baş nazirin indiki müavini, beynəlxalq iqtisadi inteqrasiya və islahatlar naziri Vaçe Qabrielyan olacaq.

V.Qabrielyan 2012-ci ilin iyunundan 2013-cü ilin mayına qədər maliyyə naziri işləmişdi. Maliyyə Nazirliyindən ayrılandan sonra isə Dövlət Gəlirləri Komitəsinə hazırda Ermənistan prezidenti yanında Nəzarət Xidmətinin rəhbəri Hovanes Ovsepyanın başçılıq edəcəyi gözlənilir.
İndiki maliyyə naziri Qaqik Xaçatryana gəldikdə, onun S.Sarkisyanın müşaviri təyin olunacağı deyilir. S.Sarkisyanın hazırda 8 müşaviri var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00