Günayın keçmiş ərinin toy tarixi dəyişdi

Günay Musayevanın keçmiş həyat yoldaşı Tolqa Karelin toy tarixi bəlli olub. Amerikalı model Sara Skottinlə sevgili olan aktyorun toy mərasimi iyulun 5-də baş tutacaq. Milli.Az "Hürriyet"ə istinadən bildirir ki, bu barədə Tolqa instaqram hesabından məlumat verib. Tolqa sevgilisinin qarşısında diz çökərək evlənmə təklifi etdiyi zaman çəkilən fotoları sosial şəbəkədə paylaşıb.

Qeyd edək ki, Tolqa Karel bir müddət əvvəl mayın 11-də Sarayla ailə quracağını açıqlamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00