“Google”un pilotsuz avtomobili Kaliforniyada qəza törətdi

"Google" şirkətinin pilotsuz avtomobili yol-nəqliyyat hadisəsi törədib. İKT.lent.az-ın "Wired" nəşrinə istinadən xəbərinə görə, hadisə ABŞ-ın Kaliforniya ştatının Mauntin-Vyu şəhərində baş verib. Belə ki, "Google" şirkətinin "Lexus" markalı pilotsuz avtomobili qum kisələrini dövrə edərkən və öz zolağına qayıdarkən onun qarşısına gələn avtobusu buraxmayıb. "Lexus" 3 km/saat sürət ilə hərəkət edirmiş. Avtobusun sürəti isə olub 24 km/saat olub.
Nəşrin məlumatına görə, avtomobilin içində oturan "Google"un test pilotu avtobusun onu buraxacağını güman edib. Bu səbəbdən idarəetməni öz üzərinə götürməyib. Bildirilir ki, qəzada heç kəs xəsarət almayıb. Avtomobilin qabaq təkəri və şüşələrə su vuran cihazı zədələnib. Avtobus da bir sıra kiçik zədələr alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00