Məzhəb təəssübkeşləri anlamırlar ki, onlar başqalarının dəyirmanında çarx daşıdırlar
1 Mart 2016 12:00 DünyaYaxın Şərqdə baş verənlər, xüsusilə Suriya müharibəsi ABŞ ilə Rusiyanın hegomonluq mübarizəsidir. Sadəcə müsəlmanlar bunların əsgərləri fonunda çıxış edirlər. Belə bir açıqlama ilə çıxış edən ilahiyyatçı Hacı Ceyhun Şükürov "OLAYLAR"-a bildirib ki, İŞİD ABŞ və İsrail maraqlarını qoruyarkən digər tərəfdən İran və "Hizbullah"da Rusiya maraqlarını qoruyur: "Sözdə o bunu, bu da onu vurur. Əslində isə ölən, qırılan, məhv olan, soyqırıma məruz qalan məzlum, biçarə kimsəsiz, hərbir şeyi əlindən alınmış Suriya xalqıdır.Yurd yerləri əlindən alınmış, kənd və şəhərlər yelə yeksan olunmuş, viran qalmış bir Suriya. Məzhəb təəssübkeşləri hələ də anlamırlar ki, onlar başqalarının dəyirmanında çarx daşıdırlar". Ceyhun Şükürov deyib ki, İslam hansısa bir təriqətin və ya məzhəbin dar çərçivəsinə sığışdırılmamalıdır: "İslam dini Allhın göndərdiyi pak din bir məzhəbin və ya təriqətin mirası deyildir. Məzhəb rəhbərliyini onun təəssübkeşlərinin özünü "alim"," din xadimi" adlandırıb əslində din parçalıyan, din bölən olub ümməti parçalamamalıdırlar. Din bunların istehsal etdiyi məhsul deyil ki, onu istədikləri formada istifadə etsinlər. Minlyonlarla inanclı insanların imanı ilə oynamasınlar".