Putindən benzinlə bağlı fərman
1 Mart 2016 09:50 DünyaRusiya prezidenti Vladimir Putin benzin və dizel yanacağına aksiz vergisinin tətbiq olunması ilə bağlı fərman imzalayıb. "qafqazinfo" bildirir ki, bu barədə Kremlin saytında xəbər yerləşdirilib.Fərmana əsasən, avtomobil benzininə tətbiq olunan aksiz vergisinə görə benzinin bir litri 2 rubl qalxıb, dizel yanacağının bir litri isə 1 rubl artıb.Qeyd edək ki, Rusiya maliyyə nazirinin müavini Yuriy Zubarev bildirib ki, aksizin artırılması büdcəyə 75,4 milyard rubl gətirəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00