Rusiyada Su-25 qırıcı təyyarəsi qəzaya uğrayıb

Rusiyada təlim uçuşu zamanı qırıcı Su-25 qəzaya uğrayıb.

Virtualaz.org "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, hadisə Stavropol vilayətindəki "Budyonovsk" hava limanının yaxınlığında baş verib.

Təyyarənin pilotu qəza nəticəsində həlak olub.

Qeyd olunur ki, Su-25 insanların yaşamadığı əraziyə düşüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00