Moskvada başı kəsilən 5 yaşlı qızcığaz barədə sarsıdıcı fakt

O, bir neçə vaxtdır ki, həmin uşağa dayəlik edirmiş

Moskvada baş vermiş dəhşətli qətlin təfərrüatı bəlli olub. Rusiya KİV-in verdiyi məlumata görə, qətlə yetirilən 5 yaşlı Nastya 2011-ci ildə qeysəriyyə üsulu ilə dünyaya gəlib. Anadan hemotoma ilə doğulan Nastyanı valideynləri Çinə müalicəyə belə aparıb. Amma çinli həkimlər onlara ümidverici bir söz deməyib. Fiziki cəhətdən yaşıdlarından geri qalan Nastya son 3 ayda yeriyə bilmirmiş. Valideynlər özbək qadın Gülçöhrə Bobokulovanı ona dayə tutublar. Bir müddət əvvəl isə ailə Almaniyadan ümidverici məktub alıb. Oradakı klinikalardan biri Nastyanı müalicə etməyin mümkün olduğunu bildiribmiş. Bundan sonra uşağın valideynləri gecə-gündüz işləməyə başlayıb. Ana hətta həftədə iki gün 3 növbədə, yəni bütün sutkanı işləyirmiş. Bu gün hadisə baş verən dəqiqələrdə onun mobil telefona dayə zəng vurub. Metroda görüşmək istədiyini bildirib. Yekterina heç nə hiss etməyib. Bobokulova isə ona qızının kəsilmiş başını aparmış...  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00