Qızın qarnından nəhəng şiş çıxdı VIDEO
29 Fevral 2016 18:34 DünyaPeruda cərrahlar unikal əməliyyatı uğurla başa vurublar. Milli.Az El Mundo-ya istinadən bildirir ki, 22 yaşlı İrinaita Rohas Ramsanın qarın boşluğundan təqribən 16 kq ağırlığında şiş kəsilərək çıxarılıb. İrinaitanın dediyinə görə, 13 yaşı olanda qarnında şiş yaranmışdı. Şiş sonra böyüyüb və sonucda qız hamilə təki görünüb. Şiş onu incidir, hətta tənəffüsdə problemlər yaradırdı. Ölkənin şimalında, Braziliya ilə sərhəddəki Loreto vilayətinin Tamsiyaku şəhərində yaşayan İrinaitanın dərdindən Perunun səhiyyə naziri xəbər tutan kimi qızın paytaxt Limaya aparılmasına göstəriş verib. Yumurtalıqdakı bədxassəli şişin götürülməsi ilə bağlı cərrahiyyə əməliyyatı 3 saat davam edib. "Vəziyyətim normaldır. Bundan sonra arzumu gerçəkləşdirib mühasib kursunda oxuya biləcəyəm", - İrinaita Rohas Ramsa deyib.