Məşhur müğənni saç əkdirdi

41 yaşlı müğənni Kenan Doğulu saç əkdirib. Qafqazinfo Türkiyə KİV-nə istinadən xəbər verir ki, tədbirə qatılan ifaçının xarici görünüşündəki dəyişiklik diqqətdən yayınmayıb. Saçları tökülməyə başlayan Kenan xilas yolunu saç əkdirməkdə görüb.

Qeyd edək ki, sənətçi 4 ay əvvəl qatıldığı bir tədbirdə saçları ilə gündəmi zəbt etmişdi.  İfaçı jurnalistlərin "Saçlarınız tökülür?" sualını cavabsız qoymuşdu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00