Alış-veriş edib, pulunuzu "selfie" çəkməklə ödətdirəcəklər

Dünyanın bir sıra yerlərində artıq yeni ödəmə üsulu yayılıb. Atv.az xarici mətbuata istinadən xəbər verir ki, selfi vasitəsilə ödəniş etmək mümkün olacaq. Belə ki, alıcı alış-veriş etdikdən sonra kimliyini təsdiq etmək üçün selfi çəkəcək. Üz cizgilərini tanıyan proqram onun hesabından pul köçürülməsini təsdiq edəcək. Sözügedən proqram hal-hazırda "MasterCard" şirkətində istifadəyə verilib.  ABŞ və Niderland vətəndaşları artıq bu üsuldan yararlana bilirlər. Şirkət hal-hazırda yeni versiyalar üzərində çalışır. İstifadəçinin səsi də, gözü də gələcəkdə ödənişdə istifadə olunacaq proqrama daxil edilə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00