Londonun Qetvik hava limanı işini dayandırıb

Londonun Qetvik hava limanında yanacağın dağılması səbəbindən uçuşlar dayandırılıb. Trend RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə hava limanının mətbuat xidmətinin məlumat yayıb. Yanacağın dağılaraq yayılması limanın uçuş-eniş zolaqlarının birində baş verib. Hadisənin səbəbi hələ müəyyənləşdirilməyib. Mətbuat xidməti bildirir ki, uçuşlar yaxın zamanlarda bərpa olunacaq. Hazırda bütün aviareyslər təxirə salınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00