Əfqanıstanın qərbində partlayış nəticəsində dörd uşaq ölüb
Hadisə Fərah şəhərində törədilib
29 Fevral 2016 20:02 DünyaƏfqanıstanın qərbində yerləşən Fərah şəhərində partlayış törədilib. "Report" "Ria Novosti"yə istinadən xəbər verir ki, hadisə nəticəsində ən azı dörd uşaq ölüb, ikisi yaralanıb. Əfqanıstanda son aylarda vəziyyət xeyli pisləşib. Daha əvvəl ölkənin kənd yerlərində böyük bir sahəyə nəzarət edən "Taliban" radikal hərəkatı istiqaməti böyük şəhərlərə dəyişib. Həmçinin ölkə ərazisində İŞİD terror qruplaşmasının təsiri də artıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00