NATO-dan çağırış: Suriyada atəşkəsə əməl edin

NATO-nun baş katibi Yens Stoltenberq Suriya münaqişəsinə cəlb olunmuş bütün tərəfləri atəşkəs rejiminə əməl etməyə çağırıb. Trend-in TASS-a istinadən verdiyi məlumata görə, Y.Stoltenberq bu gün Küveytdə mətbuat konfransında ölkə rəsmiləri ilə Suriyada atəşkəs rejiminin pozulması məsələsi müzakirə edildiyini bildirib: "NATO bütün tərəfləri Suriyada atəşkəsə hörmət etməyə çağırır".

Xatırladaq ki, keçən həftə Rusiya və ABŞ Suriyada atəşkəs rejiminə dair saziş layihəsini imzalayıblar. Sənədə əsasən, atəşkəs rejimi Suriyada fevralın 27-dən qüvvədədir. Atəşkəs İŞİD, "Cəbhət ən-Nüsra" kimi terror qruplaşmalarına şamil edilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00