Nadir İlhamənin köməkçisini biabır etdi: "Bir şəhid bacısının..." VIDEO
29 Fevral 2016 15:35 DünyaMüğənni Nadir Qafarzadə mərhum xalq artisti İlhamə Quliyevanın həbs etdirdiyi köməkçisi Mehriban Hüseynovanın xalq artistini qarğışladığı videosuna münasibət bildirib. Big.az-a istinadən bildirir ki, N.Qafarzadə vurğulayıb ki, bir şəhid bacısının dilindən bu cür sözləri eşitmək istəməzdi: "Mehribanı şəxsən tanıyırdım. Yol yoldaşlığımız da olub. Ancaq bir şəhid bacısının dilindən bu cür sözləri eşitmək istəməzdim. Allah şəhidlərimizə rəhmət eləsin. Çox maraqlıdır ki, bu video çəkiləndə Mehriban xanım İlhamə xanımla bir yerdə Moskvada olublar. Xahiş edirəm, insanlar öz mənafelərinə görə şəhidlərimizin adından istifadə etməsinlər".
Xatırladaq ki, ötən günlərdə dünyasını dəyişən xalq artisti İlhamə Quliyevanın həbs etdirdiyi köməkçisi Mehriban Hüseynovanın gizli videosu yayılıb. Videoda köməkçi xalq artistinə qarğış edir: "Ay Allah, İlhaməni elə yox elə ki..."

