Ərəb koalisiyası Sənaya girdi
29 Fevral 2016 14:19 DünyaSəudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyasının hərbi birləşmələri Yəmənin husilər tərəfindən tutduqları Səna şəhərinin Cənub hissəsində yerləşən Arqub hərbi bazasını ələ keçiriblər. "OLAYLAR"-ın Türkiyə bürosunun xəbərinə görə, koalisiyaya aid digər birləşmələr isə şəhərin Şərqindəki Bəni Fərəc məhəlləsinin küçələrində döyüşür. Şəhərin Şərqindəki Cibəl Hərəm yüksəkliyinin də koalisiyanın nəzarətinə keçdiyi gələn xəbərlər sırasındadır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00