Kiprdə avtomobil qəzası nəticəsində iki azərbaycanlı tələbə vəfat edib
29 Fevral 2016 11:26 DünyaŞimali Kipr Türk respublikasında dünən axşam saatlarında baş verən avtomobil qəzası nəticəsində iki azərbaycanlı tələbə vəfat edib. Bu barədə Trend Kibrispostasi qəzetinə istinadən məlumat verir. Məlumata əsasən, qəza nəticəsində Nicat Hacızadə və Yunus Ərəbov xəstəxanada aldıqları xəsarətlər nəticəsində keçiniblər. Qəza nəticəsində digər azərbaycanlı tələbə - Anar Süleymanlı xəsarət alıb. A.Süleymanlının vəziyyətinin normal olduğu bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00