İŞİD İraqı qana çalxadı: 70 ölü, 100-dən çox yaralı

İraqın paytaxtı Bağdad şəhəri yaxınlığında yerləşən şəhərdə terrorçu-kamikadzelər tərəfindən eyni vaxtda iki partlayış törədilib.

APA-nın "Sky News"a istinadın verdiyi məlumata görə, kamikadzelərin törətdiyi partlayışlar nəticəsində 70 nəfər həlak olub, 100 nəfər yaralanıb.

Terror aktı fevralın 28-də paytaxt yaxınlığındakı şiə şəhəri Mədinə-əs-Sədrdə törədilib.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, terrorçular partlayıcı bağlanmış motosikletləri mobil telefon bazarında kütlənin içərisinə sürərək partladıblar.

*   *   *20:12

İraqın paytaxtında partlayışlar baş verib. Nətcitədə ən azı 24 nəfər həyatını itirib, daha 60 nəfər yaralanıb.

Trend-in xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, hadisə paytaxtın Madinat əs Sadr rayonunda bazarda qeydə alınıb.

"İslam dövləti" terror qruplaşması terror aktına görə məsuliyyəti üzərinə götürüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00