“Fatima” filmi Fransanın ən nüfuzlu kino mükafatına layiq görüldü
27 Fevral 2016 14:24 DünyaFransada yaşayan ərəb qaçqınların həyatından bəhs edən "Fatima" filmi "Sezar" mükafatına layiq görülüb.
Virtualaz.org Qərb agentliklərinin məlumatlarına əsasən xəbər verir ki, Parisin "Şatle" teatrında ötən gecə Fransanın ən nüfuzlu "Sezar" kino mükafatlarının təqdimolunma mərasimi keçirilib.
İlin ən yaxşı filmi mükafatı "Fatima" filminə görə rejissor Filipp Fokona verilib.
Amerikalı aktyor və rejissor Maykl Duqlas həyatında ikinci dəfə fəxri "Sezar"la mükafatlandırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00