Keçmiş nazir güllələndi - Gürcüstanda
26 Fevral 2016 16:19 DünyaNaməlum şəxslər Gürcüstanın Azad Demokratlar Partiyasının liderlərindən biri, Avropa və avroatlantik inteqrasiya məsələləri üzrə sabiq dövlət naziri Aleksi Petriaşviliyə hücum edib, ona fiziki xəsarətlər yetirirək hər iki ayağından güllələyiblər. APA-nın "apsny.ge" saytına istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan DİN-in açıqlamasında deyilir. İlkin informasiyaya əsasən A.Petriaşvili 3 dostu ilə birlikdə sabiq diplomat Levan Mikeladzenin məzarını ziyarət edərkən hücuma məruz qalıb. Hadisə barədə polisə cinayət hadisəsinin baş verdiyi ərazinin sakinləri xəbər verib. Faktla əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsi ilə (qəsdən sağlamlığa ağır zərər yetirmə) cinayət işi açılıb. Gürcüstan DİN hadisə şahidlərini istintaqla əməkdaşlıq etməyə çağırıb. A.Petriaşvilinin vəziyyəti hazırda stabildir.