Türk ordusu gizli quru əməliyyatlarına başlayıb - İDDİA
26 Fevral 2016 15:05 Dünyaİraqın Mosul vilayətinin Başika qəsəbəsindəki mindən çox türk əsgəri İŞİD terror təşkilatına qarşı gizli quru əməliyyatları həyata keçirir. Publika.az xəbər verir ki, bu barədə İngiltərənin "Daily Telegraph" qəzeti peşmərgə (Şimali İraq regional kürd rəhbərliyinin silahlı qüvvələri) komandiri Behram Yasinə istinadən yazıb. Peşmərgə komandiri qeyd edib ki, Başika düşərgəsində yerləşən türk quru qüvvələri İŞİD-i M60T tankları ilə vurur. Peşmərgənin digər bir səlahiyyətlisi Ceber Yavər Başikada təxminən 1-2 min türk əsgərinin olduğunu qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00