Rusiyada mədəndə partlayış: 4 nəfər ölüb, 26 nəfər axtarılır
26 Fevral 2016 14:23 DünyaXəbər verdiyimiz kimi, ötən gün Rusiyanın Vorkuta şəhərindəki "Şimal" mədənində dağ süxurlarının uçması nəticəsində partlayış baş verib. APA xatırladır ki, hadisə zamanı mədəndə 108 fəhlə olub. Partlayış baş verən zaman 88 nəfər təxliyə edilib. İki günlük axtarışlar nəticəsində 4 nəfərin meyiti tapılıb. Partlayış baş verən ərazidə olmuş daha 26 nəfərin axtarışları davam etdirilir. Xilas edilmiş insanlardan yalnız 8-i xəstəxanaya yerləşdirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00