“Belə yaşamaqdansa ölmək yaxşıdır...”

Ermənistan Fövqəladə Hallar Nazirliyi Böhran İdarəetmə Milli Mərkəzinin statistik məlumatına əsasən, 2015-ci ildə ölkədə qeydə alınan intiharların sayının artması təmayülü müşahidə olunur. 2014-cü illə müqayisədə 2015-də qeydə alınan intihar hallarının sayı artıb, mərkəzin rəisi Hovhannes Xangeldyan cümə axşamı İrəvanda keçirdiyi mətbuat konfransında bəyan edib. "2015-ci ildə 195 intihar halları və 557 özünə sui-qəsd cəhdi qeydə alınıb. Əksər hallarda (133 nəfər) intihar edənlər özlərini asıb, 31 nəfər özünü yüksəklikdən yerə atmaqla həyatı ilə hesablaşıb", - mərkəzin rəisi açıqlayıb. Ötən ildən Yerevanda fəaliyyətə başlamış intihar hallarının araşdırılması və aradan qaldırılması üzrə mərkəzin rəhbəri Lilit Bağdasaryanın sözlərinə görə, özünə sui-qəsdin əsas səbəbləri psixoloji, sosial, sosial-iqtisadi problemlərlə bağlıdır. Ekspert, bu hallardan başqa, risk qrupuna ağır xronik və müalicə olunmayan xəstələrdən əziyyət çəkən insanların da daxil olduğunu bildirir. Bu qəbildən olan insanlar "depressiya halına düşə bilər və məhz bu zaman onların psixoloji yardıma ehtiyacı olur", o deyir. Ermənistan Milli Statistika Xidmətinin məlumatına görə, yaş baxımındın, "əsas intihar riskli qrupu" 30-65 yaşlılartəşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00