Suriya üzrə sülh danışıqları martın 7-də bərpa olunacaq
26 Fevral 2016 14:19 DünyaSuriya ilə bağlı danışıqlar martın birinci həftəsində Cenevrədə bərpa oluna bilər. TASS agentliyinin verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-dəki mənbə bildirib. "İlkin plana əsasən, Suriya üzrə danışıqlar martın 7-də Cenevrədə keçiriləcək", - deyə mənbə qeyd edib.
Qeyd edək ki, daha əvvəl adıçəkilən agentlik Suriya müxalifətindəki mənbəyə istinadən məsləhətləşmələrlə bağlı danışıqların martın 1-ci həftəsində baş tutacağını bildirmişdi. Fevralın əvvəllərində Cenevrədə keçirilən danışıqların ilk raundu nəticəsiz başa çatıb. Danışıqların fevralın 25-nə bərpa edilməsi nəzərdə tutulsa da, BMT baş katibinin Suriya üzrə nümayəndəsi Staffan de Mistura bunun üçün şərtlərin uyğun olmadığını bəyan etmişdi.(APA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00